Abşeronda dəhşətli qəza, ölən və yaralananlar var - VİDEO - FOTO

19 May 2021 09:39

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.

Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı "Nissan" markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.

Milli.Az