Tanınmış müğənnin saç teli 14 minə satışa çıxarıldı - FOTO

19 May 2021 10:39

27 yaşında vəfat edən "Nirvana" qrupunun qurucusu və solisti müğənni Kurt Kobeynin saç telləri hərraca çıxarılıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, məşhur müğənninin saç telləri "Iconic Auctions" adlı auksion şirkəti tərəfindən 14 min dollara satışa qoyulub. Saç tellərinin 29 oktyabr 1989-cu ildə yaxın dostu Tessa Osbourne tərəfindən kəsildiyi və saxlanıldığı bildirilib.

Qeyd edək ki, amerikalı məşhur müğənni 5 aprel 1994-cü ildə yaşadığı evdə intihar etmişdi.

Milli.Az