Vasif Durarbəyli Azərbaycan çempionu olub

18 May 2021 22:39

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvanda təşkil olunan yarışın qalibi adını Vasif Durarbəyli qazanıb.

29 yaşlı qrossmeyster finalda Nicat Abbasovu 4:2 hesabı ilə məğlub edib.

3-cü yeri isə Eltac Səfərli tutub. O, bürünc medal uğrunda görüşdə Nicat Məmmədovdan güclü olub.

Qeyd edək ki, Durarbəyli çempionluq sayəsində Dünya Kubokuna vəsiqə də qazanıb.

Milli.Az