Şimali Makedoniya rus diplomatı ölkədən çıxarır

18 May 2021 17:08

Şimali Makedoniya hökuməti bir rus diplomatın ölkədən çıxarılacağını elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "MKD" portalı məlumat yayıb.

"Şimali Makedoniya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq Rusiyanın Şimali Makedoniyadakı səfirliyində çalışan bir diplomatın "persona non grata" elan edilməsinə qərar verildiyini bildirib.

Bununla əlaqədar olaraq, 2021-ci il mayın 14-də Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sözügedən diplomatın yeddi gün ərzində Şimali Makedoniya ərazisini tərk etməsini tapşıran bir nota verilib", - deyə məlumatda qeyd olunub.

Milli.Az