Mərhum müğənninin qızı - "Sənin qızın olduğum üçün çox şanslıyam" - VİDEO

18 May 2021 19:42

Uzun illər əvvəl dünyasını dəyişən müğənni Rüfət Mehdiyevin qızı Jale Mehdiyevanın sosial şəbəkələrdə videosu yayılıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Jalə sosial media hesabında yeni video paylaşıb. Videoda hansısa məclisdə Jalə atasının mahnısını ifa edib.

O, paylaşımına: "Hara getsəm,nə etsəm o qədər gözəl dəstək görürəm ki...Sənin qızın olduğum üçün çox şanslıyam..Səninlə fəxr edirəm ata! Allah bizə sonadək Sənə laiq övlad olmağımızı,adını layiqincə yaşada bilməyimizi nəsib etsin" sözlərini yazıb.

Milli.Az