Facebook-un səhmləri satışa çıxarılır

2 Fevral 2012 20:15
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Facebook bu satışdan 5 milyard dollar qazanmağı nəzərdə tutur. Şirkət səhmin qiymətini və ya nə qədər səhmin satışa çıxarılacağını açıqlamayıb.

Facebook özəl şirkət ictimai şirkətə keçidi həyata keçirmək üçün "Morgan Stanley" və "JP Morgan Chase" kimi tanınmış investisiya şirkətlərinə müraciət edib.

Facebook ötən il 3.7 milyard dollar qazanmışdı və hazırda genişlənməyi nəzərdə tutur.

Şirkətin baş icraçı direktoru Mark Sukerberq Facebook şirkətini səkkiz il bundan öncə Harvard Universitetində oxuyarkən yataqxana otağında təsis edib.

Milli.Az