"8 noyabr" stansiyası Xudayarın səsi ilə elan olunacaq? - Metropolitendən AÇIQLAMA

18 May 2021 12:41

"Bakı Metropoliteni" QSC yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır: "Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır".

Milli.Az