Ukraynanın daha bir naziri istefaya göndərildi

18 May 2021 20:49

Ukrayna Ali Radası səhiyyə naziri Maksim Stepanovu da vəzifədən kənarlaşdırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qərar 291 deputatın səsverməsi nəticəsində qəbul edilib.

Qeyd edək ki, müxalifət Stepanovu koronavirus pandemiyası dövründə və COVİD-19-la bağlı vaksinasiya prosesi zamanı təsirli şəkildə fəaliyyət göstərə bilmədiyi üçün istefaya çağırırdı.

Milli.Az