Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

18 May 2021 11:10

Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli.Az