Akif Mustafayev koronavirusdan vəfat etdi

18 May 2021 09:59

"Əməkdar mühəndis", Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri Akif Mustafayev vəfat edib.

Bu barədə Milli.Az-a sözügedən ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib.

D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: "O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3  aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi".

Qeyd edək ki, 67 yaşlı  A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Milli.Az