Hindistanın qərb sahillərindən gələn "Tauktae" tropik qasırğası ölkə ərazisində fəsadlar törədib.
Milli.Az APA-ya istinadən bildirir ki, qasırğa azı 8 nəfərin ölümünə səbəb olub.
Bundan başqa ölkə infrastruktruna ciddi ziyan dəyib, elektrik dirəkləri və bir çox ağaclar kökündən çıxıb, minlərlə insan işıqsız qalıb.
165 km / saat sürətlə şimala doğru irəliləy qasırğa Ərəb dənizinin şərq-mərkəzi hissəsində - Kerala, Karnataka, Maharaştra və Goa əyalətlərini də vurub.
Bölgə səlahiyyətliləri, təxminən 150 min insanı təhlükəsiz ərazilərə təxliyə edib. Təcili yardım xidməti və ordu hazır vəziyyətə gətirilib.
Milli.Az