Firuz Səxavətə ağır itki üz verdi

18 May 2021 09:19

Tanınmış xanəndə, muğam ustası Firuz Səxavətə ağır itki üz verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ailə üzvləri sənətçinin qardaşı İbadət Məmmədovun səhhətində yaranan problemlərə görə 65 yaşında vəfat etdiyini bildirib.

Mərhum bu gün Binəqədi kənd qəbiristanlığında, 2014-cü ildə vəfat edən atası Əmirxan Məmmədovun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır.

Milli.Az