Bakı sakini bıçaqlanıb

18 May 2021 08:08

Bakının Sabunçu rayonunda naməlum şəxs bir nəfəri bıçaqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Qurbanov Ədil Nəriman oğlunun ayaq nahiyələrinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az