Azərbaycanda ailə quranlar tibbi müayinədən keçməli olacaq

29 Aprel 2010 13:49
Komitənin sədri Hadi Rəcəbli bildirib ki, bu dəyişikliklər əsasən nikaha daxil olan şəxslərin tibbi müayinəsi ilə bağlıdır.

Müzakirələr zamanı bildirilib ki, məcəlləyə təklif olunan əlavə və dəyişikliklər günün tələbindən irəli gəlir. Son zamanlar ölkədə hemofiliyalı və talassemiyalı xəstələrin problemlərinin həllinə dövlət tərəfindən diqqət ayrılsa da, bunun kökündə, ilk növbədə, ailə və nikah məsələləri durur. Ona görə də məcəlləyə dəyişiklik olunması zəruridir.

Müzakirələrdə Səhiyyə, Ədliyyə, Maliyyə və digər nazirliklərin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

/AzərTAc/