Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır

17 May 2021 16:48

Tanınmamış Donetsk və Luqansk xalq respublikalarında vətəndaşların hərbi təlimlərə çağırılması barədə qarar qəbul edilib.

Milli.Az strana.ua-ya istinadən xəbər verir ki, səfərbərlik yaşı çatan hər kəsə çağırış vərəqi gəlib. Eyni zamanda güc strukturlarının təlimləri də elan edilib. Müvafiq qərarı tanınmamış qurumlaırn rəhbərləri - Denis Puşilin və Leonid Paseçnik imzalayıb.

Donetskdə səfərbərlik sabahdan, Luqanska isə mayın 17-dən 21-nə kimi olacaq. Luqanskda üç min çağırışmının cəlb olunması planlaşdırılır. Ukrayna mediası bunun müharibəyə hazırlıq ehtimalı ilə əlaqələndirir.

Kamran Seyidov
Milli.Az