Ermənilər Gümrü-İrəvan yolunu bağladılar - VİDEO

17 May 2021 12:30

Bu gün səhər Ermənistanın Aragatsot bölgəsindəki Arteni kəndinin sakinləri Gümrü-İrəvan yolunu hər iki tərəfdən bağlayıb.

Milli.Az nyus.am-a istinadən xəbər verir ki, səbəb suvarma suyunun kəsilməsi və nəticədə kəndlilərin 60% -nin torpaqlarını suvara bilməmələridir. Kənd rəhbərliyi problemin xidmət şirkətinin əlində olduğu üçün kömək edə bilmədiklərini söyləyib. Kəndlilər də şirkət nümayəndələri ilə əlaqə qura bilməyib.

Kamran Seyidov
Milli.Az