Azərbaycan Ordusunda təlimlər davam edir - VİDEO

17 May 2021 10:10

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.

Milli.Az