Hədəfi özü tapan güllə hazırlandı - VİDEO

2 Fevral 2012 19:19
Milli.Az BBC-yə istinadən bildirir ki, güllə 2000 metr məsafədəki hədəfləri asanqlıqla vurur.
Ekspertlər isə snayperlərin işinə yarayacaq bu güllələrin satışa çıxarılmasına və ya başqa ölkələrə satılmasına kəskin etiraz edirlər.

"Lockheed Martin" korporasiyasının Albukerkedəki laboratoriyasında artıq 10 santimetr uzunluğunda mərmilərin sınaq istehsalına başlanılıb. Güllənin ucunda lazer nişanalma sistemini təkrarlayan optik sensor var.

"Royal United Services Institute"un da qatıldığı sınaqlarda iştirak etmiş Elizabet Quintina isə bildirib ki, "ağıllı güllə"nin əsas sınaqları Liviyadakı hərbi əməliyyatlarda olub: "Sınaqlar uğurla baş çatdı".

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.