Dünya bazarlarında təbii qaz yenidən bahalaşıb

17 May 2021 10:39

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az bildirir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 1,99% artaraq 3,03 ABŞ dolları təşkil edib.

Milli.Az