Uzun fasilədən sonra məktəbə gedən şagirdlər - VİDEO - FOTOSESSİYA

17 May 2021 09:50

Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən əyani tədris qismən bərpa edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Uzun fasilədən sonra şagirdlərin yenidən məktəbə yollanması fotoqraf Zaur Mustafayevin obyektivində.

Milli.Az