Meksikada sərnişin abtobusu aşıb, 6 nəfər ölüb, 18 nəfər yaralanıb

17 May 2021 09:49

Meksikanın Puebla ştatında ağır avtobus qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, sərxoş sərnişinin sürücüyə hücum etməsi səbəbindən idarəetmədən çıxan avtobus aşıb.

Hadisə nəticəsində 6 sərnişin ölüb, 18-i yaralanıb.

Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Sərxoş sərnişin hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.

Milli.Az