Yevlaxda yanğın olub, xəsarət alan var

17 May 2021 09:39

Yevlax şəhərinin Kövər kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az