Gecə ağır qəza: “NİVA” sürücüsü idarəetməni itirdi, dirəyə çırpıldı - FOTO

17 May 2021 09:19

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası Əmircan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində 99 UU 335 dövlət qeydiyyat nişanlı "NİVA" markalı avtomobilin sürücüsü işıqforu keçərkən idarəetməni itirib, təhlükəsizlik kamerası quraşdırılmış dirəyə çırpılıb.

Nəticədə, müşahidə kamerası sıradan çıxıb.

Milli.Az