İranda güclü zəlzələ oldu

17 May 2021 09:09

İranda 5.5 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, zəlzələ Şimali Xorasan əyalətinin Sənxast şəhərində qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində, yerli vaxtla saat 03:34-də baş verib.

Zəlzələ nəticəsində evlərə ziyan dəyib. Hələlik xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Milli.Az