Cem Yılmazdan yeni film müjdəsi

17 May 2021 09:14

Türkiyəli məşhur aktyor Cem Yılmaz 2006-cı ildə yayımlanan "Hokkabaz" filminin davamının çəkiləcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Twitter" hesabından bu baradə paylaşım edən aktyor izləyicilərinə müjdə verib:

"15 il əvvəl hazırladığımız bu film üçün çox gözəl mesajlar aldım. Hamıya təşəkkür edirəm. Bu mənim hekayəmdir. 2022-ci ildə daha bir İsgəndər hekayəsi yaradacam".

Ylmazın İsgəndər obrazını canlandırdığı "Hokkabaz" filmində Mazhar Alanson, Özlem Tekin, Tuna Orhan, Tuncer Salman kimi məşhurlar yer alıb.

Milli.Az