"Seltik" futbolçusu Skott Braunla yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qlazqo təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, 2007-ci ildən "Seltik"də çıxış edən Braun kapitanı olduğu komanda ilə 22 titul qazanıb.
Milli.Az