Azərbaycanda "Hummer" və "Mercedes" toqquşdu, ölən və yaralanan var

2 Fevral 2012 16:08

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 1-də saat 18:45 radələrində Bakı şəhər sakini Abbas Rəhimovun idarə etdiyi "Hummer" və Abşeron rayon sakini Müseyib Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. 

Xəsarət almış M.Hüseynov və sərnişini, Sumqayıt şəhər sakini Elnur Cəfərov xəstəxanaya yerləşdiriliblər. M.Hüseynov orada ölüb, E.Cəfərovun vəziyyəti qənaətbəxşdir. 

Milli.Az