Prokuror köməkçisi ürək tutmasından vəfat edib.
Milli.Az unikal.org-a istinadən bildirir ki, Qusar rayon prokurorunun köməkçisi Elşən Məmmədov dünyasını dəyişib. 45 yaşlı E. Məmmədovun yaşadığı evdə qəfil ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, E. Məmmədov əvvəllər Sumqayıt şəhər prokurorluğunda işləyib.
Milli.Az