“Ana obrazını canlandırmaqdan bezdim”

16 May 2021 15:59

Türkiyəli aktrisa Nebahat Çehre uzun müddətdir seriallarda çəkilməməsinin səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istiandən xəbər verir ki, aktrisa ana obrazını canlandırmaqdan bezdiyini deyib:

"Mənə uyğun tərzdə obraz olsa, qayıdacağam. Bu şərtlərdə hansısa layihədə olmağı düşünmürəm. Klassik ana obrazından çıxmaq istəyirəm. Təbii ki, ana yaşındayam, amma o mənada demirəm. Mənim yaşımda qadınlar da cəmiyyətdə faydalı işlər həyata keçirirlər. Evdə oturan, gəlini ilə oğluna hökmranlıq edən ana obrazından bezdim".

Milli.Az