İsrailin Qivat-Zeyev şəhərində Şavuot dini bayramı qeyd olunan zaman bədbəxt hadisə baş verib.
Şəhərdə yerləşən sinaqoqda mərasim keçirilən zaman tribuna çöküb. Hadisə zamanı 60 nəfərin yaralandığı qeyd olunur.
Milli.Az Kol İsrael-ə istinadən bildirir ki, olayın səbəbləri barədə hələlik məlumat yoxdur.
Qivat-Zeevdəki sinaqoqada tribunanın çökməsi nəticəsində yaralanan 60 nəfərdən 10 nəfərin vəziyyəti kritikdir.
Milli.Az