"Qalatasaray" azarkeşi olan Muharrem Günay dünən komandasının "Yeni Malatyaspor"a qarşı keçirdiyi matçı izləyərkən vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, evində qarşılaşmanı izləyən fanatın həyəcandan halı pisləşib.
Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Günayın həyatını xilas etmək mümkün olmayıb. 35 yaşlı fanat infarktdan ölüb.
Milli.Az