Ucarda traktor piyadanı vuraraq öldürüb

16 May 2021 12:09

Ucarda traktor piyadanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində baş verib. Traktor yolu keçən piyada, Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1983-cü il təvəllüdlü Xəqani Oktay oğlu Murtuzovu vurub. Müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənX. Murtuzov bu gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az