Azərbaycan OPEC+ sazişini necə icra edir?

16 May 2021 21:02

2021-ci ilin aprelində Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında məlumat verilir.

Hesabata əsasən, bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, aprel ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 101 faiz yerinə yetirib:

"Azərbaycanın bazis tədarük səviyyəsi 0,72 milyon barel/sutkaya bərabərdir. May və iyun ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,6 və 0,61 milyon barel/sutka təşkil edir".

Milli.Az