Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib

15 May 2021 22:48

Fələstin prezidenti Mahmud Abbas və ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fələstinin "Fatah" hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyx özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər: "Prezident Mahmud Abbasın ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı olub. Telefon danışığı zamanı son tendensiyalar və bölgədəki vəziyyət müzakirə edilib".

Xatırladaq ki, daha əvvəl C.Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb.

Milli.Az