Levandovski Herd Müllerin rekordunu təkrarladı - FOTO

15 May 2021 19:41

"Bavariya"nın futbolçusu Robert Levandovski klubun sabiq oyunçusu Herd Müllerin rekordunu təkarlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna hazırda davam edən "Frayburq"la matçda fərqlənməklə nail olub. O, bu mövsüm komandanın heyətində yerli çempionatda vurduğu qolların sayını 40-a çatdırıb. Beləliklə, polşalı oyunçu Herd Müllerin 1976/77 mövsümündəki rekordunu təkrarlamış olub. Futbolçu bu uğurun şərəfinə "Forever Gerd" (Hər zaman Herd) yazılı xüsusi hazırlanmış köynək geyinib və qol vurduqdan sonra onu nümayiş etdirib.

Qeyd edək ki, Levandovski cari mövsüm ümumilikdə bütün turnirlərdə 48 qol vurub.

Milli.Az