Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub? - FOTO

15 May 2021 16:42

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 794 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 751 050 təşkil edir.

Milli.Az