Mətanət İsgəndərli göz yaşları içində söz verdi - VİDEO - FOTOSESSİYA
2 Fevral 2012 12:37
Verilişin budəfəki qonağı isə əməkdar artisti Mətanət İsgəndərli oldu. Həzin notlar üzərində qurulan verilişdə bir neçə dəfə göz yaşlarına hakim ola bilməyən Mətanət xanım heç yerdə açıqlamadığı sözləri dilə gətirdi.
Mətanət xanım haqda bəstəkar Faiq Sücəddinov, xalq artisti Arif Babayev, 1-ci sinif müəlliməsi və təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir neçə müəllimi danışdılar.
Zamanında dərs aldığı müəllimlərindən biri ilə "Əlvida" filmində baş rolu canlandıran Mətanət xanım filmdən bir səhnə canlandırılarkən yenidən göz yaşlarını saxlaya bilmədi.
"Rəngarəng"də müğənni ilə birgə atası, oğlu, gəlini, nəvəsi və bir çox doğmaları danışdılar.
Gəlininə qayınanalıq yox, analıq edən Mətanət İsgəndərli kamera qarşısında bir daha ağlamayacağına da söz verdi.
Qeyd edək ki, "Ulduz" production-un istehsalı olan "Rəngarəng" verilişi fevralın 3-ü saat 21:00-da yayımlanacaq.
Türkan Məmmədli
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Foto: Türkan Məmmədli