16 yaşlı qız ehtiyatsızlığın qurbanı oldu
29 Aprel 2010 13:18
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini 16 yaşlı Aytən Hacıyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az