İtaliyanın kral ailəsi tərəfindən nəsildən-nəslə ötürülən brilyant tac İsveçrədə keçirilən hərracda 1,66 milyon dollara (təxminən 1 milyon 813 min manat) satılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Brilyant və təbii mirvarilərlə bəzədilmiş tac XIX əsrə aiddir.
Qeyd edək ki, ziynət əşyası İspaniyanın kralı I Amadeo Savoyskinin italiyalı kraliça Mariya Vittoriya dal Poççoya toy hədiyyəsi idi.
Milli.Az