Bakıda yük və minik avtomobilləri toqquşub - VİDEO - FOTO

15 May 2021 11:14

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili yol nişanının tələbini pozaraq sola manevr edərkən "Shacman" markalı yük nəqliyyat vasitəsinə çırpılıb.

Minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Milli.Az