“Hindistan ştamm”ı “Britaniya ştamm”ından daha sürətlə yayılır - Baş sanitar həkim

15 May 2021 09:59

"Koronavirusun "Hindistan ştamm"ı "Britaniya ştamm"ından daha sürətli şəkildə yayılır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İngiltərənin baş sanitar həkimi Kris Uitti mətbuat konfransında bildirib.

O, hazırda "Hindistan ştamm"ının nə qədər sürətlə yayılmasının öyrənildiyini vurğulayıb: "Bu məlumatları yaxın həftələrdə əldə edə biləcəyik".

Milli.Az