Erməni əsgərin asılmış meyiti aşkarlandı

14 May 2021 23:20

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Roman Qrişayeviç Baqdasaryanın meyiti tapılıb.

Milli.Az bildirir ki, bu barədə "qafqazinfo" Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Baqdasaryanı mayın 14-də saat 07:00-da asılmış vəziyyətdə tapıblar. İstintaq aparılır.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, o, 2020-ci ildə xidmətə çağırılıb.

Milli.Az