Ukraynanın Səhiyyə naziri istefa etdi

14 May 2021 22:15

Ukrayna Səhiyyə naziri Maksim Stepanov vəzifəsindən azad edilməsi barədə ərizəsini Ali radaya təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna parlamenti spikerinin mətbuat katibi Olqa Tuniy məlumat verib.

Spiker "Facebook" səhifəsində yazıb: "Rəsmi olaraq bildirirəm ki, Ukrayna Ali radası Səhiyyə naziri Maksim Stepanovun istefası ilə bağlı Ukraynanın Baş nazirindən təqdimat alıb".

Milli.Az