Balakəndə evdə yanğın olub

14 May 2021 21:00

Balakən rayonunun Mollaçıbinə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az