ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 38 087 yeni yoluxma qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ABŞ-da indiyə qədər 32,8 milyondan çox insan COVID-19-a yoluxub, ölənlərin sayı 584 min nəfəri ötüb.
Xatırladaq ki, ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi ölkənin bütün nəqliyyat şəbəkələrində məcburi maska rejiminin 13 sentyabr tarixinədək uzadıb.
Milli.Az