Moskvada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır

14 May 2021 18:22

Rusiya paytaxtında koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova şəhər parklarında "Sağlam Moskva" pavilyonlarının açılışına həsr olunan mətbuat konfransında deyib.

"Koronavirus heç yerə yox olmayıb. COVID-19-la bağlı vəziyyət paytaxtda kifayət qədər gərgin olaraq qalır. Yoluxma rəqəmləri bizi sevindirmir", - deyə Rakova bildirib.

O, koronavirusa yoluxmanın dövri olaraq çıxarılması və azalmasının mümkünlüyünü bildirib: "Ona görə də, özümüzü və yaxınlarımızı qorumaq üçün koronavorusa qarşı peyvənd olunmaq laızmdır".

Milli.Az