Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı

14 May 2021 16:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153təşkil edir.

Milli.Az