İtaliyanın dövlət borcu tarixi maksimuma çatıb

14 May 2021 17:07

Bu ilin mart ayında İtaliyanın dövlət borcunun həcmi yeni bir rekordu qıraraq ilk dəfə 2,65 trln. avronu keçib.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə İtaliya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Məlumatda bildirilir ki, fevral ayı ilə müqayisədə İtaliyanın suveren borcu 7 mlrd. avro artıb və tarixi maksimuma - 2,6509 trln. avroya çatıb. Bu, ilk növbədə, borcları 7,7 mlrd. avro artan mərkəzi dövlət administrasiyasının xərclərindəki artımdan qaynaqlanıb. Eyni zamanda, yerli inzibati orqanların borcu 800 mln. avro azalıb.

Milli.Az