"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib - VİDEO

14 May 2021 14:19

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edirlər. Mahnı "We are the people" adlanır.

Qeyd edək ki, "Avro-2020" bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu "A" qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Milli.Az