Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb

14 May 2021 16:07

Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri tərəfindən 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Geomaqnit narahatlıq səviyyəsi pik həddə doqquz ballıq şkala ilə yeddi baladək yüksəlib.

Azərbaycanda ilk: Almaniyaya getmədən alman həkimlərdən rəy al!
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişib
FHN-nin cənub bölgəsində müharibədən zərər çəkənlərə psixoloji yardımı davam edir

"Faktiki olaraq, Yer kürəsi çox qısa və güclü bir kosmik zərbə aldı. Hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə gözə çarpan hadisələr qeydə alınmayıb", - institutun məlumatında deyilir.

Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyəli qasırğalar enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, kosmik aparatları orbitdən çıxara, həmçinin peyk naviqasiyasında problemlər və radio rabitəsində fasilələr yarada bilər. Hazırda vəziyyət sabitdir. Alimlərin fikrincə, günəşdə alovlanma aktivliyi aşağı səviyyədədir.

Milli.Az